- Baxış sayı: 44
- 06 Fevral 2026 23:36
- Baxış sayı: 139
- Fevral 06, 2026
- 0

“Sabah” premyer liqada 25-ci ev məğlubiyyətini alıb. Allsport.az saytı xəbər verir ki, bu, 19-cu tura təsadüf edib. “Qarabağ”ı qəbul edən Bakı klubu 0:1 hesabı ilə uduzub. Paytaxt təmsilçisi öz meydanındakı 47-ci matçda 25-ci dəfə xalsız qalıb.
“Sabah” ilk ev məğlubiyyətini 2018-ci il avqustun 19-da “Sumqayıt”dan alıb – 1:4. “Ağ-göylər” evdə 25 və daha çox oyunda uduzan 23-cü komanda olub. Antirekord “Turan”a məxsusdur. Tovuz klubu 78 dəfə öz meydanında xalsız qalıb.