“Evdəki üstünlük almanlara çox kömək edə bilər”

İspaniya millisinin sabiq müdafiəçisi Jerar Pike Almaniyanın “Sport Bild” nəşrinə müsahibəsində Avro-2024 çempionluğuna iddialılar sırasına İspaniya və Almaniyanı da daxil edib.

Allsport.az futbolçunun açıqlamasını təqdim edir:

“Evdəki üstünlük almanlara çox kömək edə bilər. Komandanız gəncdir və hazırda yenidən strukturlaşmadan keçir. Təbii ki, Almaniyanın titul qazanmaq şansı var. Rəqabətlidirlər, tez-tez turnirlərdə qalib gəliblər və mən əminəm ki, ev sahibi kimi onlar çox çətin rəqibdirlər.

Bizim vəziyyətimiz Almaniya komandasına bənzəyir. İspaniya nəsil dəyişikliyini yaşayır. Amma son illərdə İspaniya həmişə turnirlərdə yaxşı üz nümayiş etdirir və həm də titul üçün iddialıdır”.

Həmin kateqoriyadan