- Baxış sayı: 96
- 11 Fevral 2026 23:26
- Baxış sayı: 44
- Fevral 10, 2026
- 0

“Everton” mövsümün sonunda “Mançester Siti”nin oyunçuları Con Stouns və Cek Qrilişi heyətinə qatmağı planlaşdırır.
Allsport.az xəbər verir ki,”göylər” hazırda icarə əsasında komandada çıxış edən Qrilişi birdəfəlik transfer etmək istəyir.
Lakin Liverpul təmsilçisi vinger üçün tələb olunan 50 milyon funt-sterlinqlik qiyməti çox hesab edir və məbləğin azaldılması üçün danışıqlar aparacaq.
Müdafiəçi Con Stounsa gəldikdə isə, “Everton” onu azad agent kimi transfer etmək fürsətinə malikdir, çünki futbolçunun “şəhərlilər”lə müqaviləsi yayda başa çatır. Lakin klub rəhbərliyi 31 yaşlı müdafiəçinin tez-tez zədələnməsindən ehtiyatlanır.