- Baxış sayı: 27
- 29 Mart 2026 21:40
- Baxış sayı: 146
- Mart 29, 2026
- 0
“Neftçi”nin gənc futbolçusu Fəhmin Muradbəyli Antalya hazırlığı barədə danışıb. Allsport.az saytı xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi komandada ovqatın yüksək olduğunu deyib: “Artıq 4 gündür ki, Antalyadayıq. İndi əsasən fiziki məşqlər keçirik. Bütün diqqətimizi məşqlərə yönəltmişik. Komandamıza yeni qoşulan futbolçuların əksəriyyəti təcrübəlidir.
Müxtəlif milli komandalarda, güclü çempionatlarda, avrokuboklarda oynayıblar. Əl-ələ verib komanda halında uğur qazanmaq istəyirik. Qarşıda yoxlama oyunları var. Bu görüşlərdə hansı nəticəni qazanacağımız önəmli deyil. Əsas odur ki, məşqçilərin tapşırıqlarını yüksək səviyyədə yerinə yetirib baxımlı oyun göstərək”.