- Baxış sayı: 156
- 05 Dekabr 2025 23:43
- Baxış sayı: 156
- Dekabr 05, 2025
- 0
“Neftçi”nin gənc futbolçusu Fəhmin Muradbəyli Topaz Premyer Liqasının 11-ci turu çərçivəsində keçirilmiş “Sumqayıt”la səfər matçından (2:1) sonra klubun rəsmi saytına açıqlama verib. Allsport.az sizi həmin açıqlama ilə tanış edir.
“Göstərdik ki, yaxşı komandayıq. Birliyimizi nümayiş etdirdik. Xüsusi olaraq, azarkeşlərə minnətdarıq, onlar bu oyunu görmək üçün uzun yol gəliblər. Daha çox çalışıb onları gələn matçlarda da sevindirmək istəyirik”.