- Baxış sayı: 9
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
AFFA-nın apellyasiya arbitraj tribunalının qərarları çıxıb. Allsport.az saytı sizi bunlarla tanış edir:
1. Şikayətçi Fəhmin Muradbəylinin apellyasiya şikayəti təmin edilməsin.
2. I liqada “İrəvan” klubunda çıxış edən 16.03.1996-cı il təvəllüdlü Muradbəyli Fəhmin Surxay oğlunun danışılmış oyunlarda iştirakına görə AFFA intizam məcəlləsinin 107.2-ci maddəsi ilə təqsirli bilinərək ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə AFFA-nın intizam komitəsinin 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
3. Apellyasiya arbitraj tribunalının qərarından Lozannadakı (İsveçrə) idman üzrə arbitraj məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.
1. Şikayətçi Rüfət Həsənovun apellyasiya şikayəti təmin edilməsin.
2. “Azərbaycan Qartalları” uşaq futbol klubunda məşqçi işləyən 23.10.1995-ci il təvəllüdlü Həsənov Rüfət Elçin oğlunun danışılmış oyunlarda iştirakına görə AFFA intizam məcəlləsinin 107.2-ci maddəsi ilə təqsirli bilinərək ömürlük müddətdə futbol ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum edilməsi barədə AFFA-nın intizam komitəsinin 18 mart 2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın.
3. Apellyasiya arbitraj tribunalının qərarından Lozannadakı (İsveçrə) idman üzrə arbitraj məhkəməsinə (CAS) şikayət verilməsinin mümkünlüyü maraqlı tərəflərə izah edilsin.
4. Qərarın tam mətni 30 (otuz) gün ərzində hazırlanaraq tərəflərə göndərilsin.