- Baxış sayı: 32
- 22 Aprel 2025 22:45
- Baxış sayı: 350
- Aprel 22, 2025
- 0
“Mayns” klubu sosial şəbəkələrdə İsrail və Fələstin arasında münaqişə ilə bağlı etdiyi paylaşıma görə hücumçusu Ənvər əl-Qazi ilə müqaviləyə xitam verəcək.
Allsport.az xəbər verir ki, bu barədə futbolçu artıq bilgiləndirilib. Cümə axşamı futbolçu ilə görüş zamanı klub ondan Fələstinə dəstək postuna görə üzr istəməsini istəyib.
Lakin forvard rəhbərliyə cavab verib ki, o, bütün müharibə qurbanları üçün sülh və insanlıq tərəfdarıdır. Ərəb kökənli niderlandlı da bu barədə şəxsi sosial şəbəkə hesabında müvafiq paylaşım edib.