- Baxış sayı: 7
- 01 Aprel 2026 12:59
- Baxış sayı: 801
- Mart 30, 2026
- 0

Çex Respublikasının 2-ci liqasında 21-ci turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, U-21 millimizin üzvü Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya Jijkov” öz meydanında “Visen”i qəbul edib və 2:1 hesabı ilə qalib gəlib.
Fərid start heyətdə oyuna başlayıb və 37-ci dəqiqədə hesabı açaraq komandasının qələbəsində böyük pay sahibi olub. O, 81-ci dəqiqədə əvəzlənib.
Hesabında 38 xal olan “Viktoriya Jijkov” 4-cü sırada qərarlaşıb.