- Baxış sayı: 15
- 16 Aprel 2025 12:58
- Baxış sayı: 86
- Aprel 14, 2025
- 0
“Viktoriya Jijkov” klubunda çıxış edən Fərid Nəbiyev çex dilini öyrənməyə başlayıb. Allsport.az xəbər verir ki, U-21 millimizin üzvü klubun əcnəbi futbolçular üçün təşkil etdiyi dərslərdə iştirak edir və artıq müəyyən qədər danışmağı bacarır.
Nəbiyev klubun mətbuat xidmətinə son açıqlamasını da məhz çex dilində verib. Ötən tur vurduğu qol haqda danışan 20 yaşlı oyunçu gözəl ötürməni dəqiqliklə bitirdiyini söyləyib. “Sənə hansı mövqedə oynamaq rahatdı?” sualına Fəridin cavabı “hücumun sol cinahı” olub.
Gənc futbolçu sonda növbəti matçda da qol vuraraq, komandanın qələbəsində pay sahibi olmağa çalışacağını söyləyib.
Daha əvvəl Çex Respublikasın “Slaviya”nın da formasını geyinən vinger bu ilin əvvəlindən “Viktoriya Jijkov”un uğurları üçün çalışır.