- Baxış sayı: 19
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
“Ay-ulduzlular”ımızın millətlər liqasında uğursuz çıxışı idman ictimaiyyətində haqlı narazılığa və gərginliyə səbəb olub. Futbolçular, qitə çempionatının seçmə qrupunda ötən il qalib gəldikləri komandalara AFFA-nın yeni rəhbərliyinin və tərəfdaşı “Misli”nin birgə dəvət etdiyi 70 yaşlı Fernandu Santuşla yenilirlər. Artıq hər kəs bu futbol adamlarının bacarıqsızlığına əmin olublar.
2-ci liqada mübarizə aparan “Dinamo” klubunu prezidenti Yaşar Seyidov və bir qrup digər futbol başbiləni və veteranı məsələnin həllini və xilas yolunu gənclər və idman naziri Fərid Qayıbovda görürlər. Onlar istəklərini ölkə kubokunun püşkatmasında allsport.az-a bildiriblər. Bu niyyətlə gənc və uğurlu dövlət məmuru ilə görüşməyi planlaşdırırlar. Cənab nazir də buna isti yanaşıb:
“Həftədə bir dəfə bizim görüşlər olur. Mənim qapım hər kəsə açıqdır. Kim idman naziri ilə görüşmək istəyirsə, qəbula yazıla bilər. Paytaxtda görüşlər vaxtaşırıdır. Amma ayda bir dəfə müxtəlif bölgələrdə də qəbul olur. Gənclərin və idman adamlarının istəkləri və çatışmamazlıqları dinlənilir, biz tərəfdən bütün mümkün tədbirlər görülür”.