- Baxış sayı: 27
- 04 Mart 2026 11:47
- Baxış sayı: 63
- Mart 02, 2026
- 0

“Şahdağda artıq üçüncü ildir belə yarışlar keçirilir. Ötən ildə də dünya kuboku burada baş tutmuşdu”.
Allsport.az xəbər verir ki, bunu gənclər və idman naziri Fərid Qayıbov Şahdağ xizək alpinizmi üzrə dünya kuboku və avropa çempionatı yarışlarının açılış mərasimindən sonra jurnalistlərə açıqlamasında deyib.
O, Avropa çempionatına ilk dəfə ev sahibliyi etdiyimizi diqqətə çatdırıb: “Ölkə başçısı cənab İlham Əliyevin tapşırığı ilə qış idman növünə aid yarışlar keçiririk. Bakıda buz meydançası artıq üç ildir fəaliyyət göstərir. Ötən il orada yeniyetmələr arasında beynəlxalq yarış keçirilmişdi. Bu ilki təqvimimiz qış idman növləri üzrə yarışlarla boldur”.
Nazir turnirdə 100-dən çox idmançının mübarizə aparacağını söyləyib: “Yerli təmsilçilərimizin də çoxluq təşkil etməsi sevindiricidir. Onlar həm də çox yaxşı çıxış edirlər. Finala vəsiqə qazanacaqlarına və medalçılar arasında olacaqlarına inanıram. Yüksək təşkilatçılığa görə qış idmanı federasiyasına təşəkkür edirəm”.
Qayıbov Vladimir Litvintsev və Anastasiya Papatomanın qış olimpiya oyunlarındakı çıxışını da dəyərləndirib: “Litvintsev artıq 2-ci dəfə ölkəmizi olimpiadada təmsil etdi. Cəmi 3 ildir qış idman növləri üzrə yarışları keçiririk. Nəticə birdən-birə olmur. Bizə vaxt lazımdır. Hamımız birlikdə çalışmalıyıq. Bu, bizim üçün yeni təcrübədir, öyrənirik. Artıq azarkeşlər də bu idman növlərinə maraq göstərirlər. Yeni idmançı nəsli yetişir”.