Formula1-də hakimiyyət “Liberty Media”ya keçdi, azarkeşlərə münasibət yaxşılığa dəyişdi

Fransanın Amyen şəhərindən qonşu İspaniyaya gəlmiş altıyaşlı Toma Danyel ilk döngədə kumiri Kimi Rəykkönenin yarışı dayandırdığını görəndə hönkür-hönkür ağlamışdı. Allsport.az saytı xəbər verir ki, yarışın operatoru effektiv plan tutmuş, yayımın rejissoru isə bu görüntüləri efirə buraxmışdı – və bütün dünya gənc azarkeşin səmimi hissiyatının şahidi olmuşdu.

Bu göz yaşlarını “Ferrari”nin rəhbərliyi də görmüşdü, onda görə də FOM-un nümayəndəsinin uşağın ailəsini komandanın boksuna dəvət etməsi təklifinə dərhal reaksiya vermişdilər – bir müddət sonra bütün dünya Tomanın göz yaşlarının gülüşlə əvəz olunmasını gördü: Kimi gənc fanatını komandanın motorhoumunda qarşıladı, onunla şəkil çəkdirdi, beysbolkasını imzalayaraq ona bağışladı.

Sonra jurnalistlər uşaqdan Kiminin ona nə dediyini soruşduqda, Toma etiraf etdi ki, ingilis dilini bilmədiyinə görə finlandiyalı sürücünün sözlərini başa düşməyib. Amma onun ailəsi yarışın finişinədək paddokda qalıb, bir neçə komandanın qonağı olub və Toma fransızca Roman Qrojanla söhbətləşə də bilib.

Dünya mətbuatı bu səhər qeyd edib ki, bu hadisə kiçik də olsa, simvolik bir addımdır və azarkeşlərlə idman arasındakı məsafənin qısaldığını nümayiş etdirir. Eyni zamanda, formula1-də hakimiyyətin “Liberty Media”ya keçməsindən sonra azarkeşlərə münasibətin dəyişdiyini əks etdirir.

F-1.az bildirir ki, çempionat rəhbərliyi tezliklə daha çox dəyişikliklərin olcağını xəbər verir…

Həmin kateqoriyadan