- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bakı Şəhər Halqası əməliyyat şirkəti ilə Avtomobil federasiyasının birgə təşkilatçılığı əsasında bölgələrdə “Sənin sürət formulan” şüarı ilə keçirilən simulyatorda Formula1 üzrə Qax çempionatında 5 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Aqşin Əhmədov 1 dəqiqə 49 saniyə (1:49:043) dövrə vuraraq ən sürətli nəticə göstərib. Allsport.az saytı xəbər verir ki, o bu göstərici ilə indiyədək keçirilmiş yarışlarda ən sürətli nəticəni gerçəkləşdirib.
Regional F1 çempionatı çərçivəsində tədbirin ilk günü simulyatorlar şəhər sakinlərinin istifadəsinə açıq olub və həmçinin Qax şəhərinin 5 tam orta məktəbinin 9-11-ci sinif şagirdlərindən ibarət 200-dək məktəblisi AAF mütəxəssisləri tərəfindən yol hərəkətinin təhlükəsizliyinə dair verilən seminarlara qatılıb. Sertifikatla təltif olunan yuxarı sinif şagirdləri növbəti gün F1 simulyator yarışında iştirak ediblər.
Regional çempionatın sonuncu yarışı Qubada 9-10 mart tarixlərində keçiriləcək. Martın 9-da simulyatorlar rayon ictimaiyyətinin istifadəsi üçün açıq olacaq və eyni zamanda rayonun yuxarı sinif şagirdləri AAF-ın təlimlərinə qoşulacaqlar. Sonrakı gün isə təlimi uğurla başa vuran məktəblilər arasında yarış baş tutacaq.