- Baxış sayı: 42
- 05 Fevral 2026 19:47
- Baxış sayı: 213
- Fevral 04, 2026
- 0

Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu “Liverpul”un futbolçusu Fabinyonun transferini həll edib.
Allsport.az saytı xəbər verir ki, braziliyalı yarımmüdafiəçi artıq tibbi yoxlanışdan keçib. 29 yaşlı futbolçunun Dubaya yollanaraq 3 illik müqavilə imzalayacaq.
Braziliya millisinin üzvü 2018-ci ildən “Liverpul”da çıxış edirdi.
“Əl-İttihad”da Nqolo Kante və Kərim Benzema kimi tanınmış futbolçular da çıxış edir.