Fakundo “Qəbələ”dən niyə gedir?

“Qəbələ”nin yarımmüdafiəçisi Fakundo Pereyranın bu qış komandanı tərk edəcəyini xəbər vermişdik. Allsport.az xəbər verir ki, artıq onun Azərbaycandan getmək fikrinə düşməsinin səbəbi də müəyyənləşib.

Yunanıstan mətbuatının yazdığına görə, Fakundo ailə vəziyyətinə görə Argentinaya qayıtmaq istəyir. Çünki 28 yaşlı futbolçu öz yaxınlarının yanında olmağı arzulayır.

Qeyd edək ki, Fakundo müqavilə ilə Yunanıstanın PAOK klubuna məxsusdur. “Qəbələ”də isə o, icarə əsasında çıxış edir. Pereyranın vətənində “Rasinq”in heyətində çıxış etməsi gözlənilir.

Həmin kateqoriyadan