Fan zona və konsert biletləri satışda

13-15 sentyabrda Formula-1 Qətər hava yolları Azərbaycan qran prisi üçün fan zona və konsert biletləri artıq satışdadır.

Allsport.az saytı xəbər verir ki, hər il yenilənən əyləncə zonasındakı bulvar səhnəsində canlı musiqi performansları, müxtəlif zonalarda qurulmuş oyunlar, simulyatorlar, virtual reallıq təcrübələri, rəqslər yarış həftəsonunda fanatlara əsl festival ab-havası bəxş edəcək. Azarkeşlər Formula-1-in bütün aktivasiyalarını bu il azarkeş məkanında görə biləcək, fan forumda pilotları və onların komandalarını izləmək fürsəti əldə edəcəklər.

Foto həvəskarları üçün quraşdırılmış iri Formula-1 dekorasiyaları, retro maşınların sərgisi, canlı heykəllər, özünüçəkim zonalar Formula-1-dən ən yaddaqalan kadrlar çəkmək üçün mükəmməl fürsət təqdim edir. Əyləncə zonasında böyüklərlə yanaşı, uşaqlar üçün də müxtəlif növ oyunlar və fəaliyyətlər təklif olunur.

Həmçinin, bu gündən etibarən yarış həftəsində baş tutacaq konsert proqramlarına ayrıca biletlərin satışına start verildi. Xatırladaq ki, 13-14 sentyabrda möhtəşəm konsertlərdə, musiqi dünyasının ən böyük ulduzları Uill Smit, Blək Kofe və J Balvin çıxış edəcəklər.

Həmin kateqoriyadan