- Baxış sayı: 33
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu mövsüm çempionlar liqasının təsnifatında ən böyük gözlənilməz nəticələri Farer adalarının “Kİ Klaksvik” klubu edib. Allsport.az saytı xəbər verir ki, “ağ-göylər” ardıcıl olaraq Macarıstan çempionu “Ferentsvaroş” və İsveç çempionu “Haken”i mübarizədən kənarlaşdırıb, indidən avrokubokların qrup mərhələsini təmin edib.
Ötən gün isə “cırtdanlar” 3-cü ələmənin ilk matçında Norveç çempionu “Mölde”yə 2:1 qalib gəlib. Bu oyunlarda Farer adaları çempionatının 20-qat qalibinin heyətində ön plana çıxan futbolçu Arni Frederiksberqdir. 31 yaşlı vinger 5 qarşılaşmada 6 qol (komandanın ümumi qol sayı 8-dir) vurub, 1 məhsuldar ötürmə edib.
“Ferentsvaroş” və “Haken”lə səfər görüşlərində dubl edən dayaq yarımmüdafiəçisi, dünən “Mölde”nin də qapısını 2 dəfə dəqiq nişan alıb. Maraqlıdır ki, onun təsnifatda fərqlənmədiyi matçlarda ümumiyyətlə hesab açılmayıb.
Bu klubda xeyli oyunçu həvəskar səviyyədədir.