- Baxış sayı: 34
- 25 Noyabr 2024 21:38
- Baxış sayı: 118
- Noyabr 25, 2024
- 0
Premyer liqanın VIII turunun “Qarabağ” – “Sumqayıt” oyunundan (5:0) sonra meydan sahiblərinin məşqçisi Elçin Rəhmanovun mətbuat konfransı keçirilib. Allsport.az saytı xəbər verir ki, 44 yaşlı mütəxəssis darmadağın barədə bunu deyib:
“Komanda çempionatda ən yaxşı oyunlarından birini keçirdi. Verilən tapşırıqların hamısı 90 dəqiqə ərzində yerinə yetirildi. Futbolçular həm müdafiədə, həm hücumda məzmunlu futbol nümayiş etdirdilər. Oyunçuları, azarkeşləri təbrik edirəm. Vacib üç xal qazandıq.
Fasilədə Qurban Qurbanovla oyundan qopmamaq, tempi qorumaq barədə danışdıq. Onun texniki zonada yoxluğu hiss olunurdu. Biz öz oyunumuzu yaxşılaşdırmaq barədə düşünürük. Hər matça üç xal üçün çıxırıq”.