- Baxış sayı: 103
- 03 Noyabr 2024 17:15
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
Şüvüllə tullanma üzrə 2-qat olimpiya və 3-qat dünya çempionu Yelena İsinbayeva vergidən yayındığına görə cərimələnib. Allsport.az xəbər verir ki, idmançının Volqoqrad federal vergi xidmətinə 465 688 rubl borcu var. O, Rusiya hesablarını bloklamamaq üçün bu borcunu ödəməlidir.
Keçən yay İsinbayeva xaricə köçmək xəbərləri və Rusiya silahlı qüvvələri ilə əlaqələrin olmaması barədə söylədiyi sözlərə görə qalmaqalın mərkəzində olub. İsinbayeva beynəlxalq olimpiya komitəsinin (BOK) idmançılar komissiyasında fəaliyyətini bərpa edəcəyini, çünki təşkilat onu vəzifəsindən kənarlaşdırmaq üçün heç bir əsas tapmadığını bildirib və qeyd edib ki, o, idman karyerası ərzində heç vaxt RF silahlı qüvvələrinin üzvü olmayıb”.