Feliks barədə son qərar verilməyib

Hücumçu Joao Feliksin “Barselona”dakı gələcəyi qeyri-müəyyən olaraq qalır.

Allsport.az xəbər verir ki, futbolçu “Atletiko Madrid”ə məxsusdur və Kataloniya klubunda icarə əsasında çıxış edir.

“Narıncılar” portuqaliyalının nümayiş etdirdiyi performansdan narazıdır. Feliks kataloniyalıların heyətində əla debüt etdi, lakin sonra onun səviyyəsi aşağı düşdü və bu, məşqçilər korpusunda və rəhbərlikdə şübhələr yaratdı.

“Matrasçılar” da öz növbəsində 24 yaşlı futbolçusunun tam transferi üçün 80 milyon avro tələb edir. Bu mövsüm Feliks 22 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan