Felipe Massa Barselonada özünü rahat hiss edir

“Uilyams”ın sürücüsü Felipe Massa karyerasının 15-ci İspaniya yarışından yaxşı nəticə almaq istəyir. Allsport.az saytı xəbər verir ki, braziliyalı pilot Kataloniyada 2007-ci ildə qalib gəldməklə, 2008-ci və 2013-cü illərdə fəxri kürsüyə də yüksəlib.

36 yaşlı sürücü Barselonada sadəcə bir dəfə, 2011-ci ildə damalı bayrağı görə bilməyib. Felipe Massa keçən il İspaniyada 8-ci yeri tutmuşdu. F-1.az xatırladır ki, “Uilyams” komandası Barselonada keçirilən mövsümöncəsi testlərdə güclü səviyyə göstərib.

“Barselona bütün sürücülərin yaxşı tanıdığı trasdır. Buna görə də hamı özünü evində hiss edir. Üstəlik, testlərimizi də burada edirik.

Trasın sürətli döngələri üçün yüksək asfaltayatma qüvvəsi tələb olunur və son sektorda yaxşı sürətlənməyə ehtiyac var. Mövsümöncəsi testlər burada əla keçdi. Ümid edirəm ki, bu dəfə Soçidəki kimi başımıza pis hadisə gəlməz” – deyə, Felipe Massa əlavə edib.

Həmin kateqoriyadan