Felipe Massa: Fernando Alonso formula1-də karyerasını bitirməlidir

“Uillyams” komandasının üzvü Felipe Massa Bakı qran-prisinin rəsmi elçisinin “bostanına daş atıb”. Allsport.az saytı xəbər verir ki, braziliyalı sürücü Fernando Alonsonun formula1 karyerasını bitirməsi ən yaxşı seçim olduğunu deyib.

F-1.az-a görə, ispaniyalı pilot 2015-ci ildə “Ferrari”dən “Maklaren”ə transfer olunduqdan sonra, fəxri kürsüyə belə çıxa bilməyib. Alonsonun britaniyalılarla müqaviləsi ilin sonunda bitəcək və onun üçün ən real namizəd “Renault” komandası sayılır.

“Fernando formula1-dən şikayət edir, çünki yaxşı bolidi yoxdur. Halbuki, vəziyyət 80-ci illərlə eynidir. “Liberty Media” insanları idmana cəlb etmək üçün işlər görsə də, hər şey olduğu kimi qalacaq. “Mersedes” və “Ferrari” rəqiblərindən çox uzadadırlar. Kiçik komandalara daha çox fürsət verilməlidir, amma bu 2020-ci ildəki yeni müqaviləyə qədər mümkünsüzdür.

Fernandonun ayrılması çox şeydən asılıdır. Əgər işlər istədiyiniz kimi getmirsə, bəlkə də ayrılmaq ən yaxşısıdır. Hazırda həzz almadığını görürük. Bəlkə də elə edəcək. Bilmirəm, bəlkə başqa komandaya gedər və ya başqa seriyalarda yarışar. Ancaq özü bilər” – deyə, Felipe Massa əlavə edib.

Həmin kateqoriyadan