- Baxış sayı: 39
- 22 Noyabr 2024 22:48
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Təlim-məşq toplanışının ikinci mərhələsini reallaşdırmaq üçün bu gün Türkiyəyə yola düşən “Araz-Naxçıvan” heyətinə yeni futbolçu qatıb.
Allsport.az xəbər verir ki, klubun növbəti transferi Felipe Santosdur.
Braziliyalı yarımmüdafiəçi ilə anlaşmanın müddəti 1 ildir. 27 yaşlı futbolçu “qırmızı-ağlar”ın düşərgəsinə Ərzurumda qoşulacaq.
Yerli azarkeşlər üçün tanış sima olan və yarımmüdafiənin hər iki cinahında oynamağı bacaran Felipenin son klubu İsrail “Hapoel Hayfa”sı olub. Karyerasına vətənində başlayan futbolçu “Palmeyras”ın uğurları üçün tər töküb. 2018-ci ildə əvvəlcə Sloveniyanın “Ankaran”, sonra isə “Maribor”un heyətində yer alıb. Sonra Azərbaycana gələn braziliyalı “Şamaxı”nın formasını geyinib. O, “Qəbələ”nin də qələbələri üçün çalışıb.