Fernando Alonso cari mövsümdə startlarda 70 yer itirib

Fransanın “F1i Magazine” nəşri Fernando Alonsonun “Maklaren”də çıxış etdiyi son 2,5 illik dövrdə startlarda neçə yer itirdiyini hesablayıb. Allsport.az saytı xəbər verir ki, 2-qat dünya çempionu 2015-ci ildə 12 güc qurğusundan istifadə etmişdi və mövsüm ərzində ümumilikdə 155 yer itirməklə cəzalandırılmışdı. Keçən il isə vəziyyət bir az “yaxşılaşmışdı” – 105 yer (Spada 60, Sepanqda 45 yer).

F-1.az-a görə, artıq cari mövsümdə Bakı-2016 qran-prisinin rəsmi elçisi startlarda 70 yer itirib ki, bunun da 30-u Silverstoundakı son yarışa düşür. Beləliklə, ispan sürücü 2015-ci ildən bəri startlarda nə az, nə çox, düz 330 (!) yer itirib. Bu, təkcə “Xonda”nın güc qurğularına görə olan hesabatdır, ötürmələr qutusunun dəyişdirilməsinə görə itirilən yerlər nəzərə alınmayıb…

Həmin kateqoriyadan