- Baxış sayı: 41
- 20 Mart 2026 22:44
- Baxış sayı: 134
- Mart 19, 2026
- 0

“Alpin” komandasının sürücüsü Fernando Alonso, Qətər mükafat yarışında 3-cü yer tutub. Allsport.az saytı xəbər verir ki, Bakı qran-prisinin rəsmi elçisi sonuncu dəfə 2014-cü ildə Macarıstanda fəxri kürsüyə çıxmışdı.
İspaniyalı pilot sevincini belə şərh edib: “7 il keçdi, amma sonunda bunu bacardım! Bir neçə yarışda podiuma yaxın idim – sonuncu dəfə belə fürsət Soçidə olmuşdu.
Düzünü desəm, starta qədər Soft təkərlər sayəsində 1-ci dövrədən sonra lider olacağımı düşünürdüm, amma alınmadı. Finiş xəttinə yaxınlaşan Serxio Peres mənə kifayət qədər yaxın idi. Komanda üçün şadam, Esteban 5-ci oldu – əla nəticə.
Biz əvvəldən yarışı bir pit-stopla aparmağı planlaşdırırdıq, lakin təkərlərin aşınmasının nə olacağını bilmirdik. Buna baxmayaraq, hər şey düzəldi, komanda fantastik pit-stop keçirdi, maşının etibarlılığı ilə bağlı heç bir problem yox idi. Mən bu podiumu çoxdan gözləyirdim – çox xoşbəxtəm və Formula-1-dən həzz alıram”.