Fernando Alonso “Maklaren”dən getməyə tələsmir

“Növbəti formula-1 mövsümü üçün hədəfim qalib olmaqdır. Komanda seçimində risk etmək istəmirəm. Ona görə qərarımda qəti olmalıyam”.

Allsport.az saytı xəbər verir ki, bu sözü iyunun 22-də Bakıda jurnalistlərə açıqlamasında Fernando Alonso deyib. İspaniyalı sürücünun “Maklaren”lə müqaviləsi başa çatacaq. Bakı mükafat yarışını-2016-nın rəsmi elçisi gələcək təklifləri dəyərləndirməyi düşünür:

“Son iki-üç il ərzində bir çox addımlar atmışıq. Etiraf etməliyəm ki, “Maklaren” hazırda rəqabətə davamlı komanda deyil. Bolidin motoru güclü deyil və biz bununla qalib ola bilmərik. Əgər komanda motorun sazlanmasında yeniliklər etdə, burada çıxışımı davam etdirəcəyəm”.

Həmin kateqoriyadan