- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
“Maklaren”in sürücüsü Fernando Alonsonun Rusiya mükafat yarışında əsas məqsədi iki avtomobil ilə də xallar qazanmaqdır. Allsport.az saytı f-1.az-a istinadən xəbər verir ki, ispaniyalı pilot bu mövsüm heç bir qran-pridə finişə çata bilməyib:
“Soçi çox qəribə trasdır. Fərqli trasların qarışığı kimidir və əyləncəli quruluşu var. İki dənə çox uzun və yumşaq döngəsi var. Bu da hazırkı paketimizlə rəqabətədavamlı olmağımıza imkan vermir. Amma bolidimiz döngələrdə əla performans göstərir və bu üstünlükdən istifadə etmək istəyirik.
İki bolidlə də finişə çatmaq komanda üçün ən yaxşı nəticə olar. Heyif ki, əvvəlki yarışlarda çox sayda etibarlılıq problemi yaşadıq. Artıq buna son qoymaq istəyirik. Bəhreyndəki testlərdə çox gözəl məlumatlar topladıq və problemsiz bir gün keçirdik. Ümid edirəm ki, bu irəliyə doğru atılan addımdır və davamını gətirərik”.