Fernandu Santuş millimizdə!

Azərbaycan millisinin yeni baş məşqçisi müəyyənləşib. Allsport.az xəbər verir ki, bu barədə qərar AFFA-nın icraiyyə komitəsinin onlayn iclasında qəbul olunub. Toplantıda yığmamızın baş məşqçisi postuna tanınmış portuqaliyalı mütəxəssis Fernandu Santuşun namizədliyi irəli sürülüb.

Müzakirələr zamanı güclü, rəqabətədavamlı və uğurlu oyun nümayiş etdirən milli komandanın formalaşdırılmasının, eyni zamanda ölkəmizdə uşaq futbolunun inkişafının zəruriliyi qeyd olunub. Santuşun dünyanın tanınmış futbol mütəxəssislərindən biri kimi zəngin təcrübəsi, peşəkar fəaliyyəti dövründə qazandığı uğurlar, o cümlədən Portuqaliya ilə Avropa çempionluğu nəzərə alınıb. Bu üzdən də onun millimizin baş məşqçisi təyin olunması barədə qərar qəbul edilib.

Bu prosesin qısa müddətli deyil, müəyyən dövrü əhatə edəcəyi nəzərə alınaraq portuqaliyalı mütəxəssisin qarşısında rəqabətədavamlı komandanın formalaşdırılması və Avro-2028-in seçmə mərhələsində uğurlu çıxış məqsədi qoyulub.

Həmin kateqoriyadan