“Fernandu Santuş məğlubiyyəti qəbul etməyən mütəxəssisdir”

Azərbaycan seçməsinin yeni baş məşqçisi Fernandu Santuşun təqdimat mərasimi keçirildi. Allsport.az saytı xəbər verir ki, “Hilton” mehmanxanasında təşkil olunan tədbirdə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev bunu dedi:

“Fernandu Santuş dünyaca məşhur məşqçidir və bir sıra nailiyyətlər əldə edib. Yunanıstan yığmasında öz layihəsini həyata keçirərək komandanı 2014-cü ildəki dünya çempionatına daşıyıb. Həmçinin 2016-cı ildə Portuqaliya millisi ilə Avropa çempionluğunu qazandırıb. Məğlubiyyəti qəbul etməyən mütəxəssisdir.

Bu kimi bəzi məqamlar qərar verilərkən icraiyyə komitəsi tərəfindən nəzərə alınıb. Tərəflər arasında qarşılıqlı etimad var. Uğurlu əməkdaşlıq olacağına və uzunmüddətli perspektivdə müsbət nəticələr əldə ediləcəyinə inanırıq. Əsas məqsəd Avro-2028-in qrup seçməsində uğurlu çıxış etməkdir”.

Həmin kateqoriyadan