- Baxış sayı: 21
- 21 Noyabr 2024 13:19
- Baxış sayı: 97
- Noyabr 19, 2024
- 0
UEFA millətlər liqasının qrup mərhələsinin V turu çərçivəsində Azərbaycan Estoniya ilə qarşılaşacaq.
Allsport.az oyun öncəsi təşkil olunan mətbuat konfransında millimizin üzvü Musa Qurbanlının səsləndirdiyi fikirləri nəzərinizə çatdırır:
Artıq beş gündür burada təlim-məşq toplanışındayıq. Estoniya yığması ilə matça həm fiziki, həm də psixoloji cəhətdən hazırlaşırıq. Yaxşı oyun göstərmək və qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik. Qarşılaşmanın bizim üçün nə dərəcədə vacib olduğunu dərk edirik. Buna görə də yalnız qələbəyə köklənmişik. Baş məşqçimiz isə böyük mütəxəssisdir, nailiyyətləri göz önündədir. Futbolçuların üzərinə düşən onun fəlsəfəsinə öyrəşmək və bunu meydançada yerinə yetirməkdir. Fernandu Santuşun istəklərini yerinə yetirsək, uğurlu nəticələr qazana bilərik”.