““Ferrari” əsas rəqibimizdir”

Allsport.az saytı xəbər verir ki, “Red Bul” komandasının məsləhətçisi Helmut Marko müsahibə verib. O, Bəhreyndə keçirilən sınaq yürüşlərinə qiymət verib.

– Bizim üçün problemsiz ötüşdü. Bizdən fərqli olaraq, “Mersedes” komandasının görüləcək işləri var. Onların bolidlərində nə qədər yanacaq olduğunu bilmirdik, lakin yaxşı performans göstərdik.

– Digər rəqiblərinizi necə dəyərləndirirsiniz?
– Həftənin əvvəlindən “Ferrari”nin bizə yaxın olduğu məlum oldu. Onlar şinlərə nəzərəti düzğün etsələr,bizim yaxın rəqibimiz olacaqlar. ”Mersedes”, “Aston Martin” eyni pillədə olmalıdırlar. “Alpin” daha güclü olacaq. “Mersedes” bir addım irəliləsə, liderlər sırasına yüksələcək. Buna baxmayaraq, ardıcıl 2-ci mövsüm uğursuz maşın ilə başlayıblar.

– “AlfaTauri” gənclər proqramının üzvlərini qəbul etməsə nə olacaq? Komandanın satılacağı müzakirə olunur.
– “AlfaTauri” fəaliyyətini davam edəcək. Biz onları dəstəkləyirik, lakin inkişaf lazımdır. Həm idman sahəsində, həm maliyyədə. “AlfaTauri” ötən mövsüm 9-cü yerdə qərarlaşaraq uğursuz nəticə qazanıb.

– Bu il hansı nəticəsi sizi qane edəcək?
– Biz qətiyyətli olaraq çempionatda 6-cı pillədə qərarlaşa bilərik. Yuki Tsunoda karyerasının 3-cü mövsümünü keçiriləcək. Onun üçün həll edici ildir. O, psixoloji daha təkmilləşib və uğur qazanmalıdır.

– Debütant Nik de Vriz haqqında nə de bilərsininiz?

Formula-2, Formula-E qalibidir və çox yaxşı pilotdur. Texniki göstəriciləri yaxşıdır.

Həmin kateqoriyadan