“Ferrari” pilotlarının trasdan çıxması bizim xeyirə oldu

Maks Ferstappen Azərbaycan mükafat yarışının qalibi oldu. Allsport.az saytı xəbər verir ki, ”Red Bull” komandası 3-cü dəfə Bakıda fərqlənib. Gənc niderlandlı sürücü keçən il Bakı trasında təkər nasazlığı üzündən qaçırdığı fürsətin əvəzini bu dəfə cıxmağı bacardı. O, yarışdan sonra fikirini belə bölüşdü:

“Keçən il bəxtim gətirmədi, amma bu il qələbə qazandım. Şübhəsiz ki, “Ferrari” sürücülərinin trasdan çıxması bizim xeyirimizə oldu, amma istənilən halda maşının sürəti yaxşı idi və mən Şarl Lekleri (“Ferrari”) geridə saxlaya bilərdim.

Ümümülikdə, bolidin balansı və tempindən tam razıyam. Belə bir trasda təkərlər ilə düzgün işləmək çox vacibdir. Bu dəf də komandamız dubl etdi”.

Aynur MEHDİYEVA

Həmin kateqoriyadan