- Baxış sayı: 36
- 06 Aprel 2025 12:33
- Baxış sayı: 64
- Aprel 04, 2025
- 0
Allsport.az xəbər verir ki, “Ferrari”nin baş icraçı direktoru Benedetto Viqna komandasının “Le Manda 24 saat” yarışında qazandığı qələbəni şərh edib:
“Bu qələbə “Ferrari”nin unikallığını bir daha sübut edir və biz misilsiz avtomobillər istehsal edə bilərik. Növbəti hədəf? Təbii ki, qalib gəlməyə davam edəcəyik”.
Eyni zamanda Viqna etiraf edib ki, Ferrari üçün Formula-1-də vəziyyət çox fərqlidir:
“Formula 1-də mövsümün pis başlaması mənim üçün stresli oldumu? Bilirsiniz, mənim stress üçün daha güclü səbəblərim var.
Komanda üçün bu, əlavələr etmək və çox şey öyrənmək şansıdır. Biz əvvəlkindən daha yaxşı olacaq bir avtomobil hazırlamalıyıq.
İdman bizim üçün çox vacibdir, yarış “Ferrari” təbiətinin ayrılmaz hissəsidir.
Beləliklə, bəli, biz həm F-1-də, həm də VEC-də layihələrə sərmayə qoymağa davam edəcəyik. Çünki biz gələcəkdə yol avtomobillərində istifadə oluna biləcək bir çox texnologiyaları görürük” – Viqna bildirib.