“Ferrari”nin prezidenti: Uzun illərin əməyi artıq öz bəhrəsini verməyə başlayıb

“Ferrari”nin prezidenti Con Elkann, Milanda şirkətin səhmdarları ilə keçirdiyi görüş zamanı komandanın Formula-1-də çıxışını şərh edib. Allsport.az saytı xəbər verir ki, İtaliya komandası 105-xal ilə hazırda Mühəndislər kubokunda öndədir. İş adamı, cari mövsümdə uğurlu başlanğıcın, uzun illərin əməyinin artıq öz bəhrəsini verməsi ilə əlaqələndirib:

“2 il əvvəl biz rəqabətə davamlı olmaq üçün, nə qədər çox çalışmalı olduğumuzdan danışmışdıq və 2022-ci il mövsümünün başlanğıcı həqiqətən həyəcanlı idi. “Ferrari“nin bütün azarkeşləri kimi, mən də sevinirəm ki, nəhayət komanda ən yüksək səviyyədə çıxış edir.

Bununla belə, mövsüm yeni başlayıb və bizi güclü rəqiblər əhatə edir. Komanda olaraq nəticələrimizin hər bir komponentini optimallaşdırmaq üçün yorulmadan işləməyə davam etməlidir. İmolada və bütün mövsüm ərzində gözlədiyim yanaşma budur”.

Aynur MEHDİYEVA

Həmin kateqoriyadan