- Baxış sayı: 36
- 27 Noyabr 2024 20:19
- Baxış sayı: 8
- Noyabr 28, 2024
- 0
Allsport.az saytı xəbər verir ki, 2017-ci ildə karyerasını başa vuran Felipe Massa, İtalyanın tanınmış “Gazetta dello Sport” nəşrinə açıqlama verib. Braziliyalı sürücü “Ferrari”də problemləri sürücülərdə görmür: “Frederik Vasserom ilə çalışanlar onun haqqında yaxşı fikirdədir. Onun avtoidmanda böyük uğurları və komamda idarəçiliyində təcrübəsi var. Buna baxmayaraq, “Ferrari” rəhbəri vəzifəsi Fredin özü üçündə tam başqa səviyyədir.
Kollektivin bütün üzvləri və rəhbərliyi ilə münasibət qurmaq vacibdir. Komandanın pilotlarını bəyənirəm. Şarl Lekler və Karlos Sayns titul üçün namizəddilər. “Ferrari”nin problemləri qətiyyətlə pilotlarda deyil. Keçən mövsüm Şarl güclü bolidin sükan arxasında qalib gələ bildiyini subut edib.
Mövsümün əvvəlində çempionata başçılıq etməsinə baxmayaraq, mövgeyini itirdikdən sonra bu nəticə komanda üçün də baha başa gəlib. Karlos da öz növbəsində kollektivin irəliləməsinə kömək edir, buna görə onların rəqabəti davam edir”.