- Baxış sayı: 95
- 03 Dekabr 2025 19:49
- Baxış sayı: 102
- Dekabr 05, 2025
- 0

Keçən ildən çempionatın təşkilatçıları “Günün sürücüsü”nü təsis ediblər. Allsport.az saytı xəbər verir ki, mükafatın sahibi 2016-cı il Sinqapur qran-prisindən dərhal sonra çempionatın rəsmi saytında yerləşdirilmiş birgünlük sorğunun nəticələrinə görə müəyyən edilirdisə, həmin mükafat yarışından etibarən sorğu yarış ərzində keçirilir.
F-1.az-in məlumatına görə, yarışa 2-ci yerdən başlayan və həm özünün, həm də “Ferrari”nin 2015-ci ildə keçirilən Sinqapur qran-prisindən bəri ilk qələbəsini qazanan Sebastyan Fettel “Günün sürücüsü” seçilib.
O, keçən mövsüm bu ada üç dəfə – Sinqapurda, Meksikada və Əbu Dabidə layiq görülmüşdü. Bu sahədə lider isə Maks Ferstappendir – gənc hollandiyalı keçən il yeddi dəfə “Günün Sürücüsü” seçilmişdi. Xatırladaq ki, seçim azarkeşlərin səsverməsinə əsasən edilir. Səsvermə hər yarış əsnasında formula1-in rəsmi internet saytında (f1.com/vote) keçirilir.