- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 92
- Noyabr 21, 2024
- 0
Formula1 Azərbaycan qran-prisində 2-ci yer “Ferrari”dən Kimi Rəykkönenə qismət oldu. Allsport.az saytı xəbər verir ki, finlandiyalı pilot Bakı Şəhər Halqasında çıxışını belə dəyərləndirib:
“Döngələrdə rahat idim. Yarış qəzalarla bol idi. İlk döngələrdə bolidin ön qanadı və təkər zədə aldı. Təkərlər tez-tez kilidlənirdi. Trekin bəzi hissələrində baryerlərə çox yaxınlaşırdım, amma həmin yerləri qəzasız ötüb keçməyi bacardım.
Öz-özümə düşünürdüm ki, bacardığım qədər yüksək sürətlə sürəcəm, ancaq “Red Bull” komandasını gördünüz. Yarışın əvvəlində yanbayan mübarizə aparırdılar, qəza baş verəcəyi qaçılmaz idi. Həmin qəzadan sonra hər şey dəyişdi.
Təkərləri dəyişdikdən sonra üstünlüyü ələ ala bildik. Ancaq 2-ci yerlə kifayətlənmək istəmirik. Sürətli olduğumuzu bilirik. Sadəcə olaraq, əlimizdə olanları dəyərləndirməliyik. Əminəm ki, bunu bacaracağıq”.