Ferstappen qalır, ya gedir?

“Red Bull”un baş yarış mühəndisi Stiven Noulz sürücü Maks Ferstappenin komandanı tərk etməsi ilə bağlı son vaxtlar yayılan çoxsaylı şayiələrə münasibət bildirib.

Allsport.az xəbər verir ki, o, niderlandlılın komanda qalıb-qalmayacağını bilmədiyini deyib: “Bu şayiələrlə mübarizə apara bilmərsən. Paddokda həmişə çoxlu söhbətlər olur, bəziləri fərziyyədir, bəziləri isə əslində məntiqlidir. Buna nə qədər inam verə biləcəyinizi bilmək çətindir, amma bir hekayə davam edərsə, yəqin ki, bir şey var. Mən heç vaxt Flavio Briatorenin də buraya qayıdacağını düşünmürdüm”.

Həmin kateqoriyadan