- Baxış sayı: 29
- 05 Dekabr 2025 19:37
- Baxış sayı: 112
- Dekabr 05, 2025
- 0

Maks Ferstappen, Formula-1 üzrə 2023-cü il dünya çempionatının – Avstriya qran prisinin 10-cu raundunda qalib gəlib.
Allsport.az xəbər verir ki, Şpilberqdəki dövrədə Niderlandlı ardıcıl 5-ci qran prini qazanıb.
İkinci yeri “Ferrari” pilotu Çarlz Lekler, “Red Bul”un digər pilotu Sercio Peres isə ilk üçlüyü qapayıb.
Yeddiqat dünya çempionu Lüis Həmilton (“Mercedes”) yarışı yeddinci yerdə başa vurub.
Növbəti mərhələ 7-9 iyul tarixlərində Böyük Britaniyada Silverstoun trasında baş tutacaq.