Fettel Əbu-Dabidə Həmiltonla Azərbaycan qran-prisində yaşadığı qalmaqalı xatırladıb

Bu gün Əbu-Dabidə formula1 üzrə dünya çempionatı çərçivəsində sonuncu qran-pri başlayacaq. Allsport.az saytı xəbər verir ki, 18-ci mərhələ ərəfəsində Lüis Həmilton (“Mersedes”), Sebastyan Fettel (“Ferrari”) və Daniel Rikkardonun (“Red Bull”) iştirakı ilə mətbuat konfransı keçirilib. Jurnalistlər hər 3 sürücünü sual atəşinə tutublar. Həmkarlarımız biri Sebastyan Fettelə sual verərkən, o, Azərbaycan mükafat yarışını xatırladıb:

– Gələn qran-pridə, ola bilsin, bizi 2 yürüşçünün 5-ci dünya çempionluğu uğrunda mübarizəsi gözləyir. Cari mövsüm aranızdakı rəqabət son dərəcə kəskin oldu. Hansı məqam sizə daha çox yadda qaldı? Lüis?

– Bəlkə, Bakıdan başlayaq? Lüis orda elə bir şey etməyib – çətin biz bir də o duruma qayıdaq. Mövsüm pis alınmadı, ama yaxşı olardı ki, təkər təkərə daha çox mübarizə görək.

Xatırladaq ki, paytaxtımızda bu 2 sürücü arasında qalmaqal yaşanmışdı. “Mersedes” komandasının pilotu təhlükəsizlik avtomobilinin çıxış dövrəsində birdən yavaşlamış və bunu gözləməyən Fettel arxadan britaniyalı sürücüyə çırpılmışdı. Bu insidentdən sonra ön qanadını zədələyən almaniyalı əsəbləşərək, “Ferrari”sini Həmiltonun bolidinə çırpmışdı.

 

Həmin kateqoriyadan