“Feyenoord”un futbolçusunun Azərbaycan arzusu

Türkiyə millisini seçən Orkun Kökcü AÇ-2020-yə yollanmaq arzusundadır. Allsport.az xəbər verir ki, “Feyenoord”un 19 yaşlı futbolçusu Türkiyəni seçməsi barədə bunları deyib:

“Türkiyə ilə AÇ-2020-də oynamaq ehtimalım Niderlandla müqayisədə daha çoxdur. Gələcək illərdə Niderland millisində oynaya biləcək çox istedadlar var. Lakin mən Türkiyə millisinin formasını geyinəcəm. Ailəm seçimimin Niderland olmasını istəmişdi. Hətta agentim də bunu bildirmişdi. Ancaq Türkiyə mənim evimdir. Qısa müddətdə qərar verməli idim. Mən də seçimimi etdim”.

Türkiyə millisi Avropa çempionatının qrup mərhələsində 2 oyunu Bakı olimpiya stadionunda keçirəcək.

Orkun Azərbaycanın U-21 millisinin və “Sabah” klubunun yarımmüdafiəçisi Ozancan Kökcünün qardaşıdır.

Həmin kateqoriyadan