- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Almaniyanın Köln şəhərində FİA prezidenti Jan Todtun sədrliyi ilə avto idman üzrə ümumdünya şurasının iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda gələn il üçün Formula1 üzrə dünya çempionatının təqvimi təsdiqlənib.
Yeni mövsüm mərhələlərin sayına görə rekord edərək martın ortasından noyabrın sonunadək davam edəcək. 22 qran-pridə təqvimə 2 yeni yarış salınıb. Sürücülər Vyetnam paytaxtı Hanoya ilk dəfə yollanacaqları halda, Niderlandın əfsanəvi Zandfort trası 35 illik fasilədən sonra rəqabətə qayıdacaq. Bizim yarış 2-ikiillik fasilədən sonra iyun ayına qayıdacaq – düzdür, bu dəfə iyunun sonuna deyil, ilk həftəsinə, ayın 7-sinə.
Yeni mövsümün gedişində 14 yarış cəmi 1-gəftəlik fasilə ilə ayrılıb: Avstraliya və Bəhreyn, Niderland və İspaniya, Azərbaycan və Kanada, Fransa və Avstriya, Belçika və İtaliya, Sinqapur və Rusiya, ABŞ və Meksika. Bunun səbəbi ənənəvi avqust tətilini – komandaların 4-həftəlik məzuniyyətini saxlamaq istəyi olub.
Gələn il Formula1-in 70-illiyi, Azərbaycan qran-prisinin 5-illiyididir. Bu çərçivədə bizimkilər bir sıra tədbirlər keçirməyi nəzərdə tutub. Tezliklə Bakı şəhər halqası əməliyyat şirkəti bilet satışına başlayacaq. BŞH endirim kampaniyasından yararlanmaqla öz milli yarışımızı tribunalardan izləməyə tələsməyə çağırır.