- Baxış sayı: 35
- 24 Noyabr 2024 15:47
- Baxış sayı: 98
- Noyabr 21, 2024
- 0
Formula-1 dünya çempionatının 8-ci mərhələsi – Azərbaycan qran-prisi çərçivəsində ölkəmizə səfər edən beynəlxalq avtomobil federasiyasının prezidenti Məhəmməd ben Sulayem, Azərbaycandan olan həmkarı Anar Ələkbərov ilə görüşüb.
Allsport.az saytı xəbər verir ki, görüşdə FİA ilə AAF arasında sıx əməkdaşlığın formalaşdığı, bir sıra birgə layihələrin həyata keçirildiyi qeyd edilib, qarşılıqlı əməkdaşlığın inkişafı məsələləri müzakirə olunub.
Həmçinin Azərbaycanda avtomobil idmanının inkişafı istiqamətində görülən işlər və reallaşdırılan layihələr barədə məlumat verilib, AAF-ın yol hərəkəti təhlükəsizliyi, avtomobil turizmi ilə bağlı layihələri müzakirə edilib.
Sonra FİA prezidenti hazırlıqlarla yerində tanışlıq üçün şəhər trekində olub. AAF prezidenti Anar Ələkbərovun və Bakı şəhər halqası əməliyyat şirkətinin icraçı direktoru Arif Rəhimovun iştirakı ilə keçirilən görüşdə şəhər trekinin yarışa tam hazır olduğu bildirilib.