- Baxış sayı: 36
- 26 Noyabr 2024 23:46
- Baxış sayı: 35
- Noyabr 26, 2024
- 0
FİA-nın prezidenti Jan Todt formula-1-in V10 mühərriklərə qayıtmayacağını bildirib. Allsport.az saytının məlumatına görə, “Liberty Media” bu idman növünün səhmlərinin əsas hissəsini aldıqdan sonra, Ross Braun bildirmişdi ki, bolidlər sürətlidirlər, amma mühərrikdə hələ də problemlər var. Formula-1-in idman direktoru 2020-ci ildən sonra hibrid mühərriklərdən imtina edə biləcəklərinə eyham vurub. rlər.
F-1.az xatırladır ki, 2-qat dünya çempionu Fernando Alonso da V10 mühərriklər üçün darıxdığını və idmanın hazırkı mühərrik səsinə layiq olmadığını bildirib. Jan Todt isə bu barədə belə deyib: “V10 mühərriklərə keçməyi düşünmürük. Bu bağladığımız müqavilələrə xəyanət etməkdir. Onsuz da, V10 mühərriklərə keçmək istəsək də, istehsalçılar bunu qəbul edən deyil. Belə olan halda, 4 istehsalçıdan 3-ü idmandan gedəcək.
Sabitlik çox vacibdir. Əsas məqsədimiz rəqabəti yüksək səviyyəyə qaldırmaqdır. Hər il yeni texnologiyaya sərmayə qoya bilmərsiniz. Bu maliyyə cəhətdən əlverişli deyil. Onsuz da komandalar xərclərdən şikayət edirlər. İndiki halda, yeni xərclər çıxarmaq doğru olmaz”.