FİA prezidentini əvəzləmək istəyir

FİA prezidenti Məhəmməd bin Sulayem son günlərin ən çox müzakirə olunan simasına çevrilib. Allsport.az saytı xəbər verir ki, keçmiş Ralli sürücüsü Tvitter sosial şəbəkəsində paylaşımı ilə diqqət çəkib.

O, Formula-1 çempionatının qiymətləndirilməsi ilə bağli müəyyən şübhələrinin olduğunu bildirib. Buna səbəb, çempionatın sahibləri “Liberti Media”nın Səudiyyə Ərəbistanının ictimai investisiya fondunun bu idman növünün kommersiya hüquqlarını alması üçün 20 milyard dollar təklif etməsi olub.

Lakin, bu məsələ müzakirə olunmadan rədd edilib. Almaniya mətbuatının məlumatına əsasən, “Liberti” rəhbərliyi Məhəmməd bin Sulayemi Devid Riçards ilə əvəz etmək niyyətindədir.

Həmin kateqoriyadan