FİA rəsmən açıqladı: 4-qat dünya çempionu əlavə heç bir cəza almayacaq

Bu gün FİA-nın Parisdə yerləşən mənzil-qərargahında iclas keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantının əsas mövzusu Azərbaycan qran-prisində Sebastyan Fettel və Lüis Həmilton arasında baş verən qalmaqal olub.

Məsələyə yenidən baxan qurum duruma xitam vermək qərarına gəlib. FİA-nın prezidenti Jan Todt qərarı qəbul edib. “Ferrari”nin sürücüsünün dadına məsuliyyəti etiraf etməsi və avtoidman ictimaiyyətindən üzr istəməsi catıb.

Almaniyalı pilot əlavə heç bir cəza almayacaq. Yeri gəlmişkən, bu gün Sebastyan Fettelin 30 yaşı tamam olur.

Həmin kateqoriyadan