- Baxış sayı: 52
- 06 Noyabr 2024 17:20
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
FIA-nın formula 1 üzrə yarış direktoru və təhlükəsizlik məsələləri üzrə səlahiyyətli nümayəndəsi Çarli Vaytinq bu gün Bakıya səfər edərək, Bakı Şəhər Halqasının yarışa hazırlığını yerində incələyib. Allsport.az saytı xəbər verir ki, qonağın paytaxta səfərindən əvvəl Azərbaycan qran-prisi (23-25 iyun) ilə əlaqədar lazımi hazırlıqların böyük hissəsini tamamlayan əməliyyat şirkəti son hazırlıq işlərini intensiv şəkildə həyata keçirir.
O, trekin və onun ətrafında yerləşən qurğuların yarışın standartlarına uyğun olub-olmadığını yoxlayıb. Baxışdan sonra mətbuatın qarşısına çıxan Çarli Vaytinq, formula1 təqvimindəki ən yeni trekin yarışa hazırlığının yüksək səviyyədə olduğunu bildirdi:
“Bakı Şəhər Halqası yarışa ötən ildəkindən daha hazırlıqlıdır. Yarışla əlaqədar hər şey çox gözəl təşkil olunub və deyə bilərəm ki, trek artıq yarışa tam hazırdır. Keçən il Bakıda baş tutmuş birinci Formula 1 yarışı bütün avtoidman aləmi üçün xoş bir sürpriz olmuşdu. Hamı kimi mən də növbəti yarışı səbrsizliklə gözləyirəm və inanıram ki, bu il də möhtəşəm yarışa şahid olacağıq.”