FİA yay fasiləsi günlərinin uzadılması və vaxtının dəyişdirilməsi təklifini təsdiqlədi

FİA dünya şurası yekdilliklə məcburi yay tətilinin 14 gündən 21 günə uzadılmasını və avqustdan aprelə təxirə salınmasını təsdiqləyib. Allsport.az saytı xəbər verir ki, ideya “Ferrari” tərəfindən irəli sürülüb, üstəlik, indi Maranello bazası koronavirus səbəbi ilə qeyri-müəyyən müddətə bağlanıb.

Yay fasiləsinin təxirə salınması təklifi əvvəlcə strateji işçi qrupu və Formula1 komissiyası tərəfindən təsdiqlənib. Dünən bu mövzuda elektron səsvermə keçirilib.

Bütün çempionat komandaları otağının istismarı və davamlı proseslərlə məşğul olan işçilər istisna olmaqla, bazalarının 21 günə bağlanmasına və bu müddət üçün işlərin dayandırılmasına zəmanət verməlidirlər.

Həmin kateqoriyadan