FİA yeni mövsümün təqvimini rəsmən təsdiqləyib

Beynəlxalq Avtomobil Federasiyasının dünya şurası formula1 yarışının yeni mövsümünün təqvimini rəsmən təsdiq edib. Allsport.az saytı xəbər verir ki, növbəti rəqabətdə 20 deyil, 21 mərhələdən olacaq. İlk əsas ötüşmə martın 25-də, son mübarizə noyabrın 25-də olacaq.

Ölkəmizin üçüncü dəfə ev sahibliyi edəcəyi Azərbaycan qran-prisi bu dəfə 8-ci yox, 4-cü başlayacaq. İlkin təqvimlə müqayisədə böyük dəyişikliklər edilməyib, gözlənildiyi kimi Çin və Bəhreyn mərhələləri də yerlərini dəyişib.

Üstəlik, 1999-cu ildən bu yana 1-ci dəfə Malayziyada dünya çempionatı keçirilməyəcək. Əvəzində, ilk onillikdən sonra Fransa və Almaniya təqvimə qayıdıb.

(23-25 mart) Avstraliya – Melburn, Albert Park
(6-8 aprel) Bəhreyn – Saxir
(13-15 aprel) Çin – Şanxay
(27-29 aprel) Azərbaycan – Bakı Şəhər Halqası
(11-13 may) İspaniya – Barselona, Katalunya
(24-27 may) Monako – Monte Karlo
(8-10 iyun) Kanada – Monreal, Jil Vilnöv adına tras
(22-24 iyun) Fransa – Le Kastelle, Pol Rikar
(29 iyun-1 iyul) Abstriya – Şpilberq, Red Bull Rinq
(6-8 iyul) Böyük Britaniya – Silverstoun
(20-22 iyul) Almaniya – Hokkenhaym
(27-29 iyul) Macarıstan – Budapeşt, Hunqarorinq
(24-26 avqust) Belçika – Spa
(31 avqust-2 sentyabr) İtaliya – Montsa
(14-16 sentyabr) Sinqapur – Marina Bey
(28-30 sentyabr) Rusiya – Soçi
(5-7 oktyabr) Yaponiya – Suzuka
(19-21 oktyabr) ABŞ – Ostin*
(26-28 oktyabr) Meksika – Mexiko, Rodriges qardaşları adına tras
(9-11 noyabr) Braziliya San Paulu, İnterlaqos
(24-26 noyabr) Birləşmiş Ərəb Əmirlikləri – Əbu Dabi, Yas Marina

* Mərhələ təşkilatçı tərəfindən təsdiqlənərək əlavə olunacaq

Həmin kateqoriyadan