- Baxış sayı: 4
- 05 Dekabr 2025 10:23
- Baxış sayı: 146
- Dekabr 04, 2025
- 0

Futbolun inkişaf fondunun əməkdaşları Ağstafa və Qazax rayonlarına yollanıb. Allsport.az saytı xəbər verir ki, səfər zamanı hər 2 bölgənin təmsilçiləri ilə görüşlər keçirilib, klubların dayanıqlılığının təmin olunması və maliyyə kanallarının yaradılması yolları, FİF tərəfindən dəstək imkanları müzakirə olunub.
Səfər zamanı FİF-in icraçı direktoru Tural Piriyev Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşovla görüşüb, ona bölgədə gördüyü işlər və planları, bölgə təmsilçisinin hazırki vəziyyəti barədə məlumat verilib.
Bununla yanaşı, FİF tərəfindən artıq yekunlaşan sosial layihədə istifadə edilən idman ləvazimatları uşaq futbolunun inkişafı məqsədilə adı çəkilən klublara təmənnasız bağışlanılıb.